İtaliyanın “Atalanta” klubu tarixinin rekordunu təkrarlayıb.
APA-nın məlumatına görə, Berqamo təmsilçisi A seriyasının IX turunda “Udineze”ni 7:1 hesabı ilə darmadağın edib.
Bu, klub tarixinin A seriyasında ən böyükhesablı qələbəsinin təkrarı olub. “Atalanta” 1952-ci ildə “Triestina”ya eyni hesabla qalib gəlib.
Bununla da Berqamo klubu ilk 9 oyunda vurduğu qol sayını 28-ə çatdırıb. A seriyasında son 27 ildə heç bir komanda startda belə məhsuldar olmayıb.
Sonuncu dəfə belə yüksək göstəriciyə 1992/93 mövsümündə təsadüf olunub. Həmin vaxt “Milan” 9 turda daha çox – 29 qol vurmağı bacarıb.