“Atalanta”da yeni hücumçu – PSV-dən
22.09.2020 - 12:35
İtaliyanın “Atalanta” klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi hücumçu Sem Lammerslə müqavilə imzalayıb.
Niderlandın PSV klubundan transfer olunan forvard üçün 9 milyon avro ödənilib. Onunla müqavilənin müddəti açıqlanmır.
0
0