"Atalanta"nın futbolçusu öldü – 19 yaşında
11.05.2020 - 16:55
"Atalanta" klubunun ağır xəstəliyə yoluxan futbolçusu Andrea Rinaldi vəfat edib.
Apasport.az İtaliya təmsilçisinin saytına istinadən xəbər verir ki, beyin anevrizmasından əziyyət çəkən 19 yaşlı oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
Rinaldi bir gün öncə yerləşdirildiyi Vareze şəhərindəki xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Rinaldi cari mövsümü icarə əsasında D seriyası təmsilçisi "Lenano"da keçirib.
0
0