“Atalanta”nın hücumçusu “Cenoa”da
26.01.2022 - 01:04
“Atalanta”nın hücumçusu Roberto Pikkoli komandasını dəyişib.
Apasport.az saytının məlumatına görə, forvard “Cenoa”ya keçib.
20 yaşlı futbolçu icarə əsasında Genuya təmsilçisində çıxış edəcək. O, mövsümün sonunadək bu klubda oynayacaq.
Qeyd edək ki, İtaliya gənclər yığmasının üzvü olan Pikkoli cari mövsüm “Atalanta”da keçirdiyi 12 matçda 1 qol vurub.
0
0