“Atletik”in simvolu: Uilyamsla 6 il
17.04.2022 - 22:38
İnyaki Uilyamsın “Atletik”in oyunlarda ardıcıl iştirakı 6 ilə çatıb.
Apasport.az saytının məlumatına görə, “Selta” ilə bugünkü qarşılaşmaya start heyətində çıxan futbolçu 6 ildə komandasının bütün matçlarında iştirak edib.
Bu müddətdə “Atletik” 224-cü oyununu keçirir. 27 yaşlı forvard da bu matçların hamısında forma geyinib.
Qeyd edək ki, İnyaki bu göstəricidə İspaniya çempionatlarının mütləq rekordçusudur.
0
0