“Atletiko”dan MLS klubuna
02.03.2022 - 17:53
Hyuston “Dinamo”su “Atletiko”nun futbolçusu Ektor Erreraya müqavilə təklif edib.
Apasport.az saytının məlumatına görə, ABŞ klubu Meksika millisinin üzvü ilə 2025-ci ilin sonuna qədər sözləşmə imzalamaq niyyətindədir.
Errera artıq yayda MLS təmsilçisinin formasını geyinə bilər. Çünki onun madridlilərlə anlaşması mövsümün sonuna qədərdir. Hazırda tərəflər arasında danışıqlar davam edir. “Hyuston” həm onun, həm də digər transferlərin keçidini açıqlamaq üçün maaş limitini azaltmağa çalışır.
Qeyd edək ki, Ektor Errera “Atletiko”ya 2019-cu ildə “Porto”dan keçib.
0
0