“Atletiko”dan uğursuz seriya
14.04.2022 - 09:18
“Atletiko” Çempionlar Liqasında uğursuz seriya yaşayır.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu ardıcıl 8-ci ev oyununda qələbə qazana bilməyib.
Madrid təmsilçisi 1/4 finalın cavab oyununda “Mançester Siti” ilə qolsuz heç-heçə edib. İlk görüşdə bir qolla uduzan “Atletiko” bununla da mübarizəni dayandırıb.
Paytaxt təmsilçisi sonuncu dəfə 2020-ci il oktyabrın 27-də evdəki Çempionlar Liqası matçında qələbəyə sevinib. Həmin vaxt “Atletiko” “Zalsburq”a qalib gəlib – 3:2. Sonrakı 8 ev oyununda 5 heç-heçəsi olan madridlilər üç dəfə uduzub.
0
0