“Atletiko”dan yeni müqavilə təklifi
16.04.2022 - 17:49
“Atletiko” müdafiəçisi Şime Vrsalkonu komandada saxlamaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçuya yeni iki illik müqavilə təklif olunub.
Xorvatiya millisinin üzvü yaxın günlərdə təklifi nəzərdən keçirəcək və cavabını verəcək. Anlaşma imzalanarsa, yeni sazişə əsasən, Vrsalkonun maaşı illik 1,5 milyon avroya qədər azaldılacaq. Onun hazırkı illik məvacibi 3 milyon avrodur.
Qeyd edək ki, Şime Vrsalkonun “Atletiko” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. O, cari mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub, 2 assist edib.
0
0