Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ” son yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Almaniyanın “Auqsburq” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Kufştaynda baş tutub. Bu, Azərbaycan vitse-çempionunun Avstriyada 3-cü sınağı olub.
Bunadək Bolqarıstan MOİK-inə 1:0 hesabı ilə qalib gələn və Rusiya “Arsenal”ına eyni hesabla uduzan Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının hazırlıq çərçivəsindəki son görüşü daha məhsuldar alınıb. 4 qolun vurulduğu matçda bütün toplar ilk yarıya təsadüf edib. Hissənin ortalarında Patrik Andrade və Xayme Romero üç dəqiqəyə rəqib qapısına 2 qol vursa da, təmsilçimiz üstünlüyü əldən verib. Fasilə ərəfəsində almaniyalılar iki dəfə fərqlənərək hesabda tarazlıq yaradıb.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında ilk oyununu iyulun 22-də İsrail “Aşdod”una qarşı keçirəcək.
Yoxlama oyunu
15 iyul
20:00. “Qarabağ” - “Auqsburq” (Almaniya) – 2:2
Qollar: Patrik Andrade, 26, Xayme Romero, 28 – Ceffri Quvelyu, 37 (pen.), Florian Niderlexner, 45
Kufştayn (Avstriya)