“Ayaks” müdafiəçisini “Barselona”ya buraxmadı
25.01.2022 - 00:57
“Ayaks” müdafiəçisini “Barselona”ya buraxmadı

“Ayaks”ın müdafiəçisi Nikolas Talyafiko “Barselona”ya keçmək istəyir.

Apasport.az saytının məlumatına görə, argentinalı oyunçu ispanların marağını nəzərə alaraq, klub rəhbərliyi ilə danışıb.

Lakin Niderland təmsilçisi 30 yaşlı sol cinah oyunçusunu icarə əsasında kataloniyalılara buraxmayıb. Buna rəğmən Argentina millisinin üzvü bu keçiddə israrlı olduğundan, “Ayaks” rəhbərliyi ilə növbəti dəfə danışıq aparmağa çalışacaq.

Qeyd edək ki, 2018-ci ildən “Ayaks”da çıxış edən Nikolas Talyafikonun niderlandlılarla müqaviləsi 2023-cü ilin yayına qədərdir.