“Az şans verdiyimiz futbolçuları da iş başında görmək istəyirdik” - Ayxan Abbasov
16.11.2019 - 18:14
"Çempionatda yaranmış fasilədən istifadə edib, yoxlama oyunu keçirdik”.
Apasport.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc çalışdırıcı milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövrümdə “Zirə”ylə yoxlama matçı barədə fikirlərini açıqlayıb. O, 0:0 hesablı heç-heçə ilə başa çatan görüşü faydalı hesab edib: “Liqada az şans verdiyimiz futbolçuları da iş başında görmək istəyirdik. Gələn həftə də bizi "Qarabağ"la çətin oyun gözləyir. Həftə ərzində yaxşı məşq edərək, qarşılaşmaya tam hazır olmağa çalışacağıq".
0
0