"Sənəd məsələlərinə görə Ukraynada heç bir klubla müqavilə imzalaya bilmədim. Hazırda azad agent statusu daşıyıram və klublardan gələcək təklifləri gözdən keçirəcəm".
Bunu apasport.az saytına "Dnepr" və Azərbaycan millisinin (U-21) sabiq futbolçusu Dmitri Nağıyev deyib.
Ukrayna klubunun yetirməsi olan müdafiəçi karyerasını Azərbaycanda davam etdirməyin əleyhinə olmadığını söyləyib. Nağıyev bildirib ki, Premyer Liqamızda oynamağa hazırdır: "Azərbaycanda oynamaq? Əlbəttə ki, Azərbaycan Premyer Liqasında oynayaram. Çünki bu liqada oynamaq mənə də maraqlıdır. Yaxşı təklif olacağı təqdirdə, oraya gələrəm. Özümü buna hazır hesab edirəm".
Qeyd edək ki, "Dnepr"in yetirməsi olan Nağıyev "Qarabağ Vyana", "Kova-da-Piedadi" və "Ştumbars" klublarında oynayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı