“Azərbaycan klubları ilə nəticə qazanmağın...” - Anzor Kavazaşvili
20.12.2019 - 12:57
“Azərbaycan klubları ilə nəticə qazanmağın...” - Anzor Kavazaşvili

“Gürcüstan futbolu küçə komandaları səviyyəsindədir”. 

Apasport.az saytının məlumatına görə, bunu sabiq SSRİ yığmasının qapıçısı olmuş Anzor Kavazaşvili deyib.

Tanınmış futbol veteranı MDB ölkələrinin vahid çempionatı ilə bağlı müzakirələr barədə fikirlərini açıqlayıb. A.Kavazaşvili ilkin olaraq Azərbaycan, Belarus və Qazaxıstanın hərəsindən iki komandanın Rusiyanın 12 klubu ilə birlikdə mübarizə aparması ilə bağlı ideyanı dəyərləndirməyə çətinlik çəkir: “Oyunçular Avropa klublarında imic və çörək qazanmaq üçün çalışır. Ukraynadan danışanda isə Valeri Qazzayevin layihəsini dəstəkləyirəm. Lakin siyasi vəziyyət bizə uzun müddət çempionatları birləşdirməyə imkan verməyəcək. Nəticə verəcəyi halda birləşmə arzulanan olar. Belarus, Azərbaycan və Qazaxıstan klubları ilə belə nəticə qazanmağın mümkünlüyü barədə suala cavab verməyə hazır deyiləm”.