“Azərbaycan üzərində qələbə bizə heç nə vermədi” – Robert Vittek
22.11.2019 - 12:49
“Azərbaycan üzərində qələbə bizə heç nə vermədi” – Robert Vittek

“Azərbaycanla oyundan sonra mənim yaşadığım hisslər önəmli deyil. Mən artıq o komandanın daxilində deyiləm”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin sabiq futbolçusu Robert Vittek deyib.

37 yaşlı futbol veteranı AVRO-2020-nin seçmə mərhələsinin yekunlarını şərh edib. R.Vittek son turun Azərbaycanla Trnavadakı oyunundakı 2:0 hesablı qələbəyə də toxunub: “Bu, çox vacib, eyni zamanda üzücü qələbə idi. Çünki Azərbaycan üzərində qələbə bizə heç nə vermədi. Yaxşı ki, Avropa çempionatına getmək şansımız qalır. Amma biz Azərbaycana uduzsaydıq da, həmin şans olacaqdı”.


R.Vittek seçmə mərhələni 3-cü pillədə başa vurub AVRO-2020-yə birbaşa vəsiqə qazanılmamasına üzüldüyünü gizlətməyib. Lakin veteran yığmanın pley-off yolu ilə final mərhələsinə çıxa biləcəyinə ümidlidir: “Xorvatiyanın əsas favorit olduğunu bilirdik. Macarıstanla Azərbaycanı hər iki matçda məğlub etdik. Hər şey Uelslə qarşılaşmalarımızda həll olundu. Biz də rəqibin öhdəsindən gələ bilmədik”.