“Milli komandada gedən nəsildəyişmə prosesini çoxları hiss etmir. Bu da bizim üçün tərifəlayiq haldır”.
Apasport.az saytının məlumatına görə, bunu Rusiya Mini Futbol Assosiasiyasının prezidenti Emil Əliyev deyib.
2019-cu ilin yekunlarını dəyərləndirən qurum rəhbəri DÇ-2020-nin seçmə mərhələsinə də toxunub. O, Azərbaycan yığması ilə birlikdə yer aldıqları qrupdan da danışıb: “Belə bir proses keçməyimizə baxmayaraq, DÇ-2020-nin seçmə mərhələsində sabit nəticələrə malikik. Seçmə mərhələnin həlledici raundunda bəxtimiz gətirmədi. Yenə də qeyri-münasib olan Xorvatiya ilə onların meydanında görüşməliyik. Azərbaycan və Slovakiya yığmaları da təhlükə kəsb edir. Çox çətin mərhələ olacaq. Burada ancaq birinci yer DÇ-2020-yə birbaşa vəsiqə verəcək”.
Qeyd edək ki, seçmə mərhələnin 2020-ci il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək elit-raundunda Azərbaycan, Rusiya, Slovakiya və Xorvatiya milliləri sonuncuların meydanında mübarizə aparacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı