“Azərbaycana qayıtmağı çox istəyirəm” - Reynaldo
16.12.2019 - 10:57
“Azərbaycana qayıtmağı çox istəyirəm” - Reynaldo

"Qarabağ"ın avrokubokdakı son oyununu izləyə bilmədim. Amma nəticədən xəbərim var". 

Bunu apasport.az saytına braziliyalı futbolçu Reynaldo deyib. 

“Qarabağ”ın sabiq hücumçusu Azərbaycan çempionunun Avropa Liqasındakı çıxışını dəyərləndirib. O bildirib ki, Qurban Qurbanovun komandası yarışla vidalaşsa da, heç də pis oynamayıb: “Məncə, onlar bu mövsüm də avrokuboklarda yaxşı mübarizə apardılar. Ümidvaram ki, hər şey daha da yaxşı olar”

Hazırda klubsuz qalan 30 yaşlı forvard Azərbaycan çempionatına qayıtmağın əleyhinə olmadığını vurğulayıb. Onun sözlərinə görə, məşqləri fərdi davam etdirir və istənilən təklifə açıqdır: "Formada qalmaq üçün qrafiklə hazırlıq prosesi keçirəm. Əlbəttə ki, Azərbaycana qayıtmağı çox istəyirəm. Hansı klubda oynamağa gəlincə... Bilmirəm, bu haqda düşünməmişəm. Təklif gələrsə, danışmaq olar".

Reynaldo Azərbaycan Premyer Liqasını izləməsə də, ümumi məlumata sahib olduğunu deyib: "Saat fərqi olduğundan çempionat oyunlarını izləyə bilmirəm. Həmçinin məşqlərim də buna mane olur. Amma ümumi götürsək, qarşılaşmalar barədə məlumatlıyam".

Qeyd edək ki, Reynaldo Azərbaycan klublarının avrokubokda ən məhsuldar futbolçusudur.
 

0
Reynaldo Qarabağ braziliyalı hücumçu