“Azərbaycanda oynayacağımız görüşlərdə...” – “Fənərbaxça”nın futbolçusu
05.12.2019 - 12:50
“Azərbaycanda oynayacağımız görüşlərdə...” – “Fənərbaxça”nın futbolçusu

“Şenol Günəş mənə şans verərsə, yığmada olmağı çox istəyirəm. Bu hər kəsin, hədəfi və xəyalıdır”. 

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin futbolçusu Dəniz Türüç deyib. 

“Fənərbaxça”nın şərəfini qoruyan 26 yaşlı yarımmüdafiəçi AVRO-2020 ilə bağlı hədəflərini açıqlayıb. O bildirib ki, Bakıda oynayacaqları qarşılaşma komandası üçün asan alınacaq: “Azərbaycanda oynayacağımız görüşlərdə ev sahibi kimi olacağıq. İtaliya ilə matça yaxşı başlasaq, qrupdan çıxmaq etimalımızın yüksək olacağına düşünürəm. Hədəfimiz qrupda ilk 2 yerdən birini tutub, sonra bacardığımız qədər irəliləməkdir. Avropa çempionatına yollanacaq heyətə düşmək üçün savaşıb, komandada yer almalıyam”.  

Qeyd edək ki, A qrupunda yer alan Türkiyə AVRO-2020-də İtaliya ilə Romada, Uels və İsveçrə ilə Bakıda oynayacaq.