“Azərbaycanda özümü xoşbəxt hiss edirəm” – braziliyalı müdafiəçi
06.01.2020 - 13:07
“Azərbaycanda özümü xoşbəxt hiss edirəm” – braziliyalı müdafiəçi

"Azərbaycandan heç bir klubla danışıq aparmamışam. Amma başqa ölkədən zəng gəlib". 

Bunu apasport.az saytına “Səbail”in braziliyalı futbolçusu Eriko Silva deyib. 

Müqavilə ilə mövsümün sonunadək Bakı klubuna məxsus olan müdafiəçi Azərbaycan klublarından rəsmi təklif almasını təkzib edib. O bildirib ki, xarici komandalar xidmətində maraqlı olsalar da, ölkəmizdə qalmaq istəyir: "Karyeramı Azərbaycanda davam etdirmək, burada qalmaq istəyərdim. Ancaq necə olacağını hələlik bilmirəm. Heç bir problemim yoxdur, burada özümü xoşbəxt hiss edirəm".