“Azərbaycandan təklif gəlsəydi, düşünmək olardı” - Doğukan Öksüz
12.01.2020 - 13:02
“Azərbaycandan təklif gəlsəydi, düşünmək olardı” - Doğukan Öksüz

"Təkliflərim az deyildi. Amma "Eyüpspor"dan ayrıldıqdan sonra "Yomraspor"la anlaşmağa qərar verdim".

Bunu apasport.az saytına Azərbaycan yığmasının (U-21) futbolçusu Doğukan Öksüz deyib.

Türkiyədə klubunu dəyişən milliləşdirilmiş legioner Azərbaycan klublarından təklif almadığını bildirib. Öksüzün sözlərinə görə, ölkəmizdə onu heyətində görmək istəyən komanda olsaydı, bəlkə də seçimini dəyişərdi: "Yomraspor"a keçdiyimə görə şadam. Burada daha çox oynayıb, özümü inkişaf etdirmək istəyirəm. Azərbaycanda oynamaq? Xeyr, heç bir klubda təklif gəlməmişdi. Amma təklif gəlsəydi, əlbəttə ki, düşünmək olardı".