“Yaxşı futbol oynamağa çalışdıq, amma meydançanın durumu buna imkan vermədi”.
Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının hücumçusu Dino İslamoviç Qazaxıstanla keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.
Norveçin “Rusenborq” klubunun formasını geyinən 26 yaşlı oyunçu Millətlər Liqasında Azərbaycan və Kipr üzərində qələbəyə ümid edir: “Düşünürəm ki, Azərbaycan və Kiprlə oyun budəfəkindən fərqli olacaq. Məncə, Lüksemburq ən azı bir matçda büdrəyəcək. İnanıram ki, biz də hər iki görüşdə qələbə qazanıb qrup birincisi olacağıq”.
Qeyd edək ki, Monteneqro Millətlər Liqasının son matçlarını noyabrın 14-də Azərbaycan, 17-də Kiprə qarşı keçirəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA