“Azərbaycanla oyunun Albaniyaya salınmasına münasibət bildirdi” – vitse-prezident
07.10.2020 - 15:11
“Azərbaycanla oyunun Albaniyaya salınmasına münasibət bildirdi” – vitse-prezident

“Çexiya ilə oyun Millətlər Liqası öncəsi futbolçuların hansı durumda olduğunu görmək baxımından yaxşı imkandır”.

Apasport.az saytının məlumatına görə, bunu Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris yoldaşlıq görüşündə Çexiya, Millətlər Liqasında Lüksemburq və Azərbaycanla keçirəcəkləri görüşlər barədə danışarkən deyib. 

Qurum rəsmisi yeni yaranmış kollektiv olduqlarını və zamana ehtiyac duyduqlarını söyləyib: “Qrupun ilk iki matçının nəticəsi yaxşı olmadı. Ancaq baş məşqçi yeni heyət formalaşdırır və insanlar onu dəstəkləyir. Keçid dövrü yaşayırıq, uğurlu nəticələrimiz də olacaq. Fikrimcə, Azərbaycanla oyunun Albaniyaya salınmasının elə bir önəmi yoxdur. Çünki matç azarkeşsiz olacaq. Stadionlar tamaşaçısız “soyuq”dur. Biz sadəcə, qarşıdakı iki oyunu deyil, qrupdakı bütün qarşılaşmaları düşünürük. Mümkün qədər çox xal toplamağa çalışacağıq. Lüksemburq və Azərbaycana qalib gəlməsək, bu bizi məyus etməyəcək".

Qeyd edək ki, bu gün yoldaşlıq görüşündə Çexiya ilə qarşılaşacaq Kipr oktyabrın 10-da Lüksemburqla səfərdə, bundan üç gün sonra isə Azərbaycanla Albaniyada üz-üzə gələcək.
 

0