“Azərbaycanlı müdafiəçilər başla yaxşı oynayan rəqiblərə qarşı...” - Mur
18.11.2019 - 16:29
“Azərbaycanlı müdafiəçilər başla yaxşı oynayan rəqiblərə qarşı...” - Mur

“Macarıstanla oyun karyeramın ən vacib matçıdır. Ümid edirəm ki, uğur qazanacağıq və final mərhələsinə yüksələcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Uels milli komandasının futbolçusu Kiffer Mur deyib.

AVRO-2020-nin seçmə mərhələsinin IX turunun Azərbaycanla Bakıdakı oyununda hesabı açan hücumçu “Bakcell Arena”da keçirilən görüşdəki 2:0 hesablı qələbənin önəmini vurğulayıb: “Bəzən heç də yaxşı futbol nümayiş etdirmirsən. Amma belə oyun nəticə verir. Effektlidirsə, niyə də belə oynamayaq? Ola bilər ki, azərbaycanlı müdafiəçilər başla yaxşı oynayan rəqiblərə qarşı mübarizə aparmağa öyrəşməyiblər. Hesab edirəm ki, bu, bizim üstünlüyümüz idi. Uels yığmasının oyun tərzinə və köklənməsinə uyğun gəlirəm”.