“Bakı çox dəyişib, məni yaxşı mənada təəccübləndirdi” - Ruslan Rotan
19.11.2019 - 22:50
“Bakı çox dəyişib, məni yaxşı mənada təəccübləndirdi” - Ruslan Rotan

“Bakıda sonuncu dəfə 2015-ci ildə olmuşdum. Açığı, şəhəriniz çox dəyişib, məni yaxşı mənada təəccübləndirdi”. 

Apasport.az saytının məlumatına görə, bunu Ukrayna U-21 milli komandasının baş məşqçisi Ruslan Rotan deyib.

O, Azərbaycan U-21 millisi ilə yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. R.Rotan 1:1 hesablı heç-heçəni onunla izah edib ki, bu qarşılaşmada əsasən yeniləri sınayıblar: “Yoldaşlıq oyunu üçün məhz bizi dəvət etdiyinizə görə təşəkkür edirik.
Oyun gözlədiyimiz kimi keçmədi. Yoldaşlıq görüşü olduğu üçün yeni dəvət etdiyimiz futbolçuları yoxlamağa çalışdıq. Bu istəyimiz də cəmi bir hissə alındı. İki qırmızı vərəqə aldıq və azlıqda qaldıq. Futbolçularımın əzmkarlıq göstərməsi məni sevindirdi. Azərbaycan millisi isə daha intizamlı, çevik və kompakt oynadı. Bu da Milan Obradoviçin əl işidir. Çünki əvvəlki matçlarınızda bunu izləməmişdik”.