“Barselona”nın yay transfer planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu 7 yeni futbolçu almağı planlaşdırır.
Baş məşqçi Xavi hər mövqedə iki bərabər səviyyəli oyunçu olmasını istəyir. Bu üzdən də klub rəsmiləri Mateu Alemani və Yordi Kroyff da bu istiqamətdə işə başlayıb.
“Barselona” yayda Mark-Andre Ter-Şteqenlə rəqabət apara biləcək
bir qapıçı, bir mərkəz müdafiəçisi, iki cinah müdafiəçisi, yarımmüdafiəçi və iki hücumçu almaq istəyir. Müdafiənin mərkəzinə Andreas Kristensen, yarımmüdafiəyə Frenk Kessie güc qatmalıdır.
Bütün bu mövqeləri doldurmaq üçün kataloniyalılar bəzi futbolçularla vidalaşmalıdır. Dani Alves, Serxi Roberto, Usman Dembele, Lük de Yonq və Adama Traorenin müqaviləsi başa çatır. Onlardan bəziləri ilə anlaşma uzadılacaq. Kleman Lanqle, Samuel Umtiti, Oskar Minqesa, Serjinyo Dest, Riki Puç, Memfis Depay və Martin Braytveytin satılması nəzərdə tutulub. Filippe Koutinyo, Miralem Pyaniç, Fransişka Trinkao və Aleks Kolyado isə icarədən qayıdacaq.