“Barselona” Dembeleni satır – İngiltərə klubuna
29.09.2020 - 23:57
“Barselona”nın hücumçusu Usman Dembele İngiltərəyə köçməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü “Mançester Yunayted”ə keçmək üzrədir.
İngiltərə klubu 23 yaşlı oyunçunun transferi üçün təxminən 50-60 milyon avro xərcləməyi planlaşdırır. Kataloniyalılar da bu məbləğin əleyhinə deyil. Çünki belədə “Lion”un forvardı Memfis Depayın keçidini həll etmək mümkün olacaq.
Qeyd edək ki, “Barselona” 2017-ci ildə Dortmund “Borussiya”sından transfer etdiyi Usman Dembele üçün 138 milyon avro xərcə düşüb.
0
0