“Barselona” Romanyoini istəyir
27.04.2022 - 16:33
“Barselona” Romanyoini istəyir

“Barselona” heyətinə daha bir futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlıumatına görə, İspaniya klubu Alessio Romanyoinin xidmətində maraqlıdır.

“Milan”la müqaviləsi yayda başa çatacaq müdafiəçi ilə danışıqlara start verilib. Bu prosesdə barselonalıları klubun direktoru Mateu Alemani təmsil edir.

Mövsümün sonunda azad agent statusu alacaq oyunçunun keçidi üçün xərcə düşməyəcək. Klub rəhbərliyi onu arxa xətdə Ronald Arauxo ilə tandem təşkil edəcəyinə ümid edir.