“Barselona” Traore üçün Puçu göndərir
14.03.2022 - 23:29
“Barselona” Traore üçün Puçu göndərir

“Barselona” Adama Traoreni transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi “Vulverhempton”dan icarəyə götürdüyü futbolçunu heyətində saxlamaq istəyir.

Lakin İngiltərə klubu transfer üçün yüksək məbləğ tələb edir. Bu səbəbdən La Liqa təmsilçisi yarımmüdafiəçisi Rikard Puçu İngiltərə klubuna verməyə hazırdır.

Qeyd edək ki, Adamanın icarə müqaviləsi mövsümün sonunda başa çatacaq.