“Barselona” aparıcı futbolçusu üçün mövsüm bitdi
15.04.2022 - 09:23
“Barselona” aparıcı futbolçusu Pedrini itirib.
Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/4 final mərhələsində “Ayntraxt”la cavab oyununda zədələnib.
Komandasının 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmada xəsarət alan oyunçuda əzələ qopması şübhəsi var. İlkin diaqnoza görə, İspaniya millisinin üzvü 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Pedri üçün mövsüm vaxtından əvvəl bitib.
Qeyd edək ki, Pedri zədə səbəbindən mövsümün ilk yarısını buraxmış, yalnız yanvardan komandasına kömək etməyə başlamışdı.
0
0