“Barselona” müdafiəçi alacaq
28.04.2022 - 00:49
“Barselona” müdafiəçi alacaq

“Barselona” daha bir müdafiəçi almağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Aleks Qrimaldonu heyətinə qatmaq niyyətindədir.

“Benfika”nın 26 yaşlı futbolçusu artıq bu yay La Liqa təmsilçisinə keçə bilər. İspaniyalı müdafiəçi “Barselona”nın öz yetirməsidir. O, 2016-cı ilin yanvarında Portuqaliya təmsilçisinə keçib.

Qeyd edək ki, Qrimaldo cari mövsümün 47 matçında 6 qol və 9 assistə imza atıb.