“Barselona” göndərdi – 7 milyonluq futbolçunu
29.06.2021 - 16:49
“Barselona” göndərdi – 7 milyonluq futbolçunu

İspaniyanın “Barselona” klubu Mateus Fernandeslə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Klub rəhbərliyi yarımmüdafiəçiyə güvənmədiyini bəyan edib. Bu üzdən də Mateusla 2025-ci ilə qədər olan müqaviləyə xitam verilib.

Qeyd edək ki, 2020-ci ilin yayında “Palmeyras”dan transfer olunan futbolçu bu müddətdə heç bir rəsmi matça çıxmayıb.