“Barselona” hamını qabaqladı
23.11.2019 - 17:12
“Barselona” hamını qabaqladı

Çempionlar Liqasının 2018/19 mövsümündə ən çox qazanan klub müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, Avropa Klublar Assosiasiyasının iclasında açıqlanıb.

İspaniyanın “Barselona” komandası ötən mövsüm hamıdan çox vəsait əldə edib. Kataloniyalılar qrupa düşdüyü üçün 12 milyon, əlavə mükafatlar kimi 94,2 milyon avro qazanc götürüb.

Yarımfinalda “Liverpul”a uduzan (3:0, 0:4) “Barselona”nın yarışdan əldə etdiyi məbləğ 106,2 milyona bərabər olub. Bu rəqəmin belə yüksək olmasına səbəb İspaniyanın digər təmsilçiləri – “Real”, “Valensiya” və “Atletiko”nun mübarizəni daha tez dayandırmasıdır. Çünki teleyayıma görə gələn vəsaitin böyük hissəsi onlara çatıb.

Qeyd edək ki, “Barselona” 2017/18 mövsümündə cəmi 57,4 milyon avro qazanmışdı.