“Barselona” hamını qabaqladı - futbolda
12.05.2021 - 17:22
“Barselona” hamını qabaqladı - futbolda

Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Forbes” nəşrinin siyahısında 50 klub yer alıb.

Bu klublar 4 idman növünü təmsil edir. Amerika futbolu üzrə 26 klubun yer aldığı cədvəldə basketbolla futbolun hərəsi 9, beysbol 6 klubla təmsil olunub.

Cədvələ amerika futbolu üzrə “Dallas Kovboy” klubu başçılıq edir. Klubun dəyəri 4,8 milyard funt sterlinqdir. “Nyu York Yanki” ikinci, “Nyu York Niks” üçüncüdür. Beysbol klubunun dəyəri 3,7, basketbolda isə 3,5 milyard təşkil edir.

Futbolda lider olan “Barselona” ümumi siyahıda 4-cüdür – 3,36 milyard. 5-ci olan “Real”da bu rəqəm 3,35 milyarda bərabərdir.

“Bavariya” (2,97 milyard) 10-cu, “Mançester Yunayted” (2,96 milyard) 11-ci, “Liverpul” (2,89 milyard) 12-ci, “Mançester Siti” (2,82 milyard) 13-14-cü, “Çelsi” (2,26 milyard) 25-27-ci, “Arsenal” (1,98 milyard) 38-ci, PSJ (1,76 milyard) 43-45-cidir.