"Barselona"nın iki futbolçusu komandanı tərk edib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Jan-Kler Todibo və yarımmüdafiəçi Ballu Tabla başqa kluba keçib.
Todibo mövsümün sonuna qədər "Şalke"yə icarəyə verilib. Almanlar yayda 20 yaşlı mərkəz müdafiəçisini 25 milyon avroya birdəfəlik transfer edə bilərlər. Kataloniya təmsilçisi də 50+10 milyon avro qarşılığında fransalını qaytarmaq hüququna malik olacaq.
Tabla isə yetirməsi olduğu "Monreal İmpakt" klubuna transfer edilib. Kanada millisinin üzvü ötən ili icarə əsasında keçirdiyi MLS klubu ilə 2+2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Todibo ötən ilin yayında "Tuluza"dan transfer edilmişdisə, Tabla 2018-ci ildə məhz "Monreal İmpakt"dan alınmışdı.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı