“Barselona” müdafiəçisi ilə yeni müqavilə bağlayır
26.04.2022 - 11:39
“Barselona” müdafiəçisi ilə yeni müqavilə bağlayır

“Barselona” müdafiəçisi Ronald Arauxo ilə yeni müqavilə imzalamağa yaxındır.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında danışıqların son mərhələsi gedir.

Artıq bu həftə anlaşmanın əldə edilməsi gözlənilir. Kataloniyalılar tezliklə bununla bağlı bəyanat yaymağı düşünür. Yeni müqavilənin 2026-cı ilin yayına qədər nəzərdə tutulması gözlənilir. Uruqvay millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro təşkil edəcək.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi Avropanın bir neçə klubunun maraq dairəsindədir.