“Böyük beşlik” çempionatlarında son 10 ilin ən çox qələbə qazanan komandaları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 2010-19-cu illərdə İspaniya “Barselona”sı hamıdan çox qalib gəlib.
Kataloniya təmsilçisinin hesabında 289 qələbə var. Digər İspaniya klubu “Real” 273, İtaliya “Yuventus”u 260 qələbə qazanıb. İngiltərə “Mançester Siti”si və Almaniya “Bavariya”sı 250 dəfə üç xala sevinib.
Onilliyin ən məhsuldar komandası da “Barselona”dır. İspaniyalıların hesabında 1060 qol var. “Real” 1016, “Bavariya” 863, “Mançester Siti” 843 dəfə fərqlənib. 5-ci olan Fransa PSJ-si 827 qol vurmağı bacarıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı