“Barselona” və “Real”ın həsəd apardığı klub
17.04.2022 - 16:02
“Barselona” və “Real”ın həsəd apardığı klub

“Tik-Tok”da ən çox izlənilən futbol klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ən çox baxış toplayan komanda “Vasko de Qama”dır.

Braziliya klubu ötən ay 292 milyon baxışa nail olub. Avropa nəhəngləri də cənubi amerikalılara həsəd apara bilər.

“Barselona”nın ikinci, “Real”ın üçüncü olduğu siyahıda PSJ dördüncü pillədə qərarlaşıb. “Top-5”i “Zenit” qapayır.

1. “Vasko de Qama” - 292 milyon
2. “Barselona” – 198 milyon
3. “Real” – 180 milyon
4. PSJ – 154 milyon
5. “Zenit” - 147 milyon