“Barselona”da 1 milyard avroluq müqavilə
14.04.2022 - 11:06
“Barselona”da 1 milyard avroluq müqavilə

“Barselona” müdafiəçisi Ronald Arauxo ilə müqaviləni yeniləməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

Uruqvay millisinin üzvü kataloniyalılarla müqavilə müddətini 2026-cı ilin yayına qədər uzatmağa razılaşıb. Sözləşmədə 23 yaşlı oyunçunun sərbəst qalma bəndi 1 milyard avro olaraq qeyd ediləcək. Arauxo yaxın günlərdə rəsmi sazişə qol çəkəcək.

Qeyd edək ki, Ronald Arauxo bu mövsüm “Barselona”nın heyətində 36 oyunda 4 qol vurub.