“Barselona”da 1 milyardlıq futbolçu
21.04.2022 - 17:16
“Barselona”da 1 milyardlıq futbolçu

“Barselona” futbolçusu Ronald Arauxo ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, uruqvaylı müdafiəçi ilə yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Sözləşmədə Arauxonun sərbəstqalma məbləği kimi 1 milyard avro göstərilib. Bununla da 23 yaşlı müdafiəçi ilə uzun müddət davam edən danışıqlar yekunlaşıb. Tərəflər razı gələ bilmədikləri maliyyə məsələlərində ortaq məxrəc tapıb.

Qeyd edək ki, Ronald 2018-ci ildə “Barselona”ya keçib.