“Barselona”da zədə
25.04.2022 - 16:36
“Barselona”nın futbolçusu Serjinyo Dest zədələnib.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi “Rayo Valyekano” ilə qarşılaşmada xəsarət alıb. La Liqanın XXI turundan təxirə salınan matçda xəsarət alan amerikalının sağ ayağında problem yaranıb. Onun meydana nə vaxt dönəcəyi dəqiqləşməyib.
Qeyd edək ki, “Barselona” bu matçda 0:1 hesabı ilə uduzub.
0
0