“Barselona”dan 5 illik müqavilə təklifi
26.01.2022 - 13:34
“Milan”ın futbolçusu Frank Kessi karyerasını “Barselona”da davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib.
La Liqa təmsilçisi Fil Dişi Sahilindən olan futbolçuya ildə 8 milyon avro maaş verməyə hazırdır. Bu rəqəm bonuslar hesabına arta da bilər.
25 yaşlı oyunçunun milanlılarla müqaviləsi mövsümün sonunda başa çatacaq. Barselonalılar afrikalını azad agent kimi heyətinə qatmaq fikrindədir.
Qeyd edək ki, Kessi cari mövsümdə 21 oyunda 5 qol vurub.
0
0