“Barselona”dan Qabriel təklifi
13.04.2022 - 13:28
“Barselona”dan Qabriel təklifi

“Barselona”nın hədəfindəki daha bir futbolçu bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi İngiltərə “Arsenal”ında çıxış edən Qabrieli heyətinə qatmağı planlaşdırır.

Onun transferini baş məşqçi Xavi istəyib. La Liqa təmsilçisi İngiltərə klubuna oyunçu dəyişikliyi təklif edib.

Barselonalılar Qabrielə görə Memfis Depay və Riki Puçu verməyə hazırdır. Bu oyunçulardan yalnız biri qarşılığında keçid gerçəkləşə bilər.

Qeyd edək ki, braziliyalı mərkəz müdafiəçinin transfer qiyməti 40 milyon avro ilə dəyərləndirilir.