“Barselona”dan şərt
21.04.2022 - 14:03
“Barselona” futbolçusu Serxi Robertonu heyətində saxlamağa hazırdır.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu yarımmüdafiəçi üçün müəyyən şərtlər qoyub.
La Liqa təmsilçisi yalnız bu şərtlər daxilində yeni müqavilə imzalayacaq. Klub rəhbərliyi Serxi ilə 1 illik anlaşma bağlanmasını istəyir. Müqavilə 30 yaşlı futbolçunun müəyyən sayda oyun keçirməsi halında avtomatik uzadılacaq.
Roberto maaşının da ciddi şəkildə azaldılması ilə razılaşmalıdır. Yayda müqaviləsi başa çatacaq oyunçu Barselonanın eyniadlı təmsilçisində qalmaq üçün bu şərtlərlə razılaşmalıdır.
0
0