“Barselona”nı rədd etdi – “Çelsi”nin futbolçusu
18.06.2021 - 11:25
“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, İtaliya millisinin üzvü bir neçə təklifə baxmayaraq, London klubunda qalmağı üstün tutub.
Bunu dayaq yarımmüdafiəçisinin meneceri Joao Santos açıqlamasında bildirib. “Barselona” başda olmaqla, bir neçə klubdan təklif aldıqlarını təsdiqləyən agent bunları rədd etdiklərini deyib. O, Jorjinyonun növbəti mövsümü də “Çelsi”də keçirəcəyini dəqiqləşdirdiklərini vurğulayıb.
Qeyd edək ki, Braziliya əsilli Jorjinyo “Çelsi”yə 2018-ci ildə “Napoli”dən keçib.
0
0