“Barselona”nın futbolçusu “Real”ın ofisində - danışıq başladı
28.02.2022 - 13:54
“Barselona”nın futbolçusu “Real”ın ofisində - danışıq başladı

“Barselona”nın yarımmüdafiəçisi Qavinin meneceri İvan de la Penya “Real”ın ofisində görüntülənib.

Apasport.az saytı xəbər verir ki, iddiaya görə, 17 yaşlı orta sahə oyunçusunun “kral klubu”na keçidi müzakirə olunub.

İspaniya millisinin üzvünün kataloniyalılarla müqavilə müddəti gələn mövsümün sonuna qədərdir. Sözləşmənin yenilənməsi məsələsində hələlik bir irəliləyiş yoxdur. Bu da iddiaların reallığa yaxın olduğunu göstərir.

Qeyd edək ki, Qavi bu mövsüm La Liqada 21 oyuna çıxıb, 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.