"Barselona"nın futbolçusuna təklif - "Bavariya"dan
21.07.2020 - 22:40
"Barselona"nın yarımmüdafiəçisi Pedri karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, Bundesliqanın 2 klubu gənc oyunçunun xidmətində maraqlıdır.
"Bavariya" və Mönhenqladbax "Borussiya"sı 17 yaşlı ispaniyalı üçün qarşı tərəfə müraciət edib. Hər iki klub onu icarəyə götürməyi planlaşdırır. Pedri "Barselona"ya ötən il 5 milyon avroya "Las Palmas"dan transfer olunub və geridə qalan mövsümü icarə əsasında həmin komandada keçirib.
Qeyd edək ki, Pedri Sequndanın 36 matçında 4 qol vurub, 6 məhsuldar ötürmə verib.
0
0