“Barselona”nın müdafiəçisi zədələndi
22.04.2022 - 10:57
“Barselona”nın futbolçusu Ronald Arauxo zədələnib.
Apasport.az saytının məlumatına görə, uruqvaylı müdafiəçi La Liqanın XXXIII turunun “Real Sosyedad”la matçında xəsarət alıb.
O, sağ dizində narahatlıq hiss edib. Arauxonun durumuna müayinələrdən sonra tam aydınlıq gələcək.
Qeyd edək ki, “Barselona” səfər matçında 1:0 hesabı ilə qələbə qazanıb.
0
0