“Barselona”nın müdafiəçisinə Portuqaliyadan dəvət
13.04.2022 - 00:00
“Barselona”nın müdafiəçisinə Portuqaliyadan dəvət

“Barselona”nın futbolçusu Samuel Umtiti karyerasını Portuqaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçi “Benfika”nın maraq dairəsinə düşüb.

“Qartallar” Umtitini yay transfer pəncərəsində heyətinə qatmaq istəyir. Lissabon təmsilçisi müdafiəçiyə əvvəlki formasını bərpa etmək üçün şans vermək niyyətindədir.

Qeyd edək ki, Samuelin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.