“Barselona”nın tarixində ilk
25.04.2022 - 09:16
“Barselona” ardıcıl üçüncü ev oyununda məğlub olub.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi tarixində ilk dəfə bir mövsümün gedişində ardıcıl 3 dəfə öz meydanında uduzub.
Xavinin yetirmələri La Liqanın XXI turunda “Rayo Valyekano”ya 0:1 hesabı ilə məğlub olub. Bunadək Barselonanın eyniadlı təmsilçisi “Kadis”ə çempionatda 0:1, “Ayntraxt”a 2:3 hesabı ilə uduzmuşdu.
Düzdür, klub tarixində bir dəfə ardıcıl üç ev məğlubiyyəti olub. Lakin həmin seriya bir deyil, iki mövsümü əhatə edib. 1997/98 mövsümünün sonunda başlayan uğursuzluq 1998/99 mövsümünə qədər davam edib.
0
0