“Barselona”nın yarımmüdafiəçisinə yeni müştəri
13.04.2022 - 17:51
“Barselona”nın yarımmüdafiəçisinə yeni müştəri

“Barselona”nın futbolçusu Riki Puç mövsümün sonunda klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Vilyarreal”ın maraq dairəsinə düşüb.

22 yaşlı ispaniyalı az oyun praktikası qazanmasından narazıdır. Bu üzdən də Puç komandasını dəyişmək niyyətindədir.

Qeyd edək ki, Riki cari mövsümdə 14 oyunda 1 qol vurub.