
Almaniyanın “Bavariya” klubunun rekorda şərik olması mümkün olmayacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb klublararası dünya çempionatının təxirə salınmasıdır.
Bir təqvim ilində qazanılan titul sayında İspaniya “Barselona”sına məxsus rekordu təkrarlamaq şansı olan Münhen təmsilçisinin arzusu gözündə qalıb. 2020-ci ildə Almaniyada çempionat, kubok və Superkubokun, Avropada Çempionlar Liqası və Superkubokun qalibi olan “Bavariya” 6-cı titulunu qazana bilməyəcək. İndiyədək yalnız “Barselona” adıçəkilən 5 titul və klublararası dünya çempionatını eyni ildə qazanıb.
Qeyd edək ki, dekabrda keçirilməli olan mundial gələn ilin fevralında təşkil olunacaq.